İƏT toplanır: "Quran"ın yandırılması müzakirə olunacaq

      İƏT toplanır:    "Quran"ın yandırılması müzakirə olunacaq
  30 İyun 2023    Oxunub:1015
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iyulun 2-də növbədənkənar toplantı keçirəcək.
AzVision.az xəbər verir ki, iclasın əsas gündəmi İsveçdə Quranın yandırılması olacaq.

Toplantının Ciddə şəhərində keçiriləcəyi bildirilir.

Qeyd olunur ki, iclas İƏT-in hazırki müddət sədri olan Səudiyyə Ərəbistanının tələbi ilə baş tutacaq. Toplantıda Stokholmda yaşanan hadisəyə qarşı görüləcək tədbirlərin müzakirəsi və Qurani-Kərimə hörmətsizliyə qarşı ortaq münasibətin ortaya qoyulması hədəflənib.

AzVision.az


Teqlər:





Xəbər lenti