Fransada etirazlar tədricən kütləvi talana çevrilir - VİDEO

   Fransada etirazlar tədricən kütləvi talana çevrilir -    VİDEO
  30 İyun 2023    Oxunub:1472
Fransada etirazlar tədricən kütləvi talana çevrilir.
Sosial şəbəkələrdə Strasburqdakı “Apple” mağazasının qarət edilməsinə dair görüntülər yayılıb. Kadrlardan göründüyü kimi ticarət obyektinin vitrinləri sındırılıb.

Dünən Parisdə də ən azı bir neçə məşhur mağazanın, o cümlədən “Nike” butikinin talan edildiyi bildirilib.

Qeyd edək ki, İyunun 27-də səhər saatlarında polis əməkdaşları Parisin qərbində yerləşən Nanterre şəhərində yolda yoxlanış zamanı 17 yaşlı oğlanı güllələyərək öldürüblər. Polisin məlumatına görə, yeniyetmə sürücü onların tələblərini yerinə yetirməkdən imtina edib. Nəticədə Fransanın bir sıra şəhərlərində bir neçə gündür davam edən iğtişaşlar başlayıb.

Gənclər avtomobilləri, polis və hakimiyyət orqanlarının binalarını yandırırlar. Bir sıra şəhərlərdə polis xüsusi təyinatlıları yerləşdirilib, zirehli texnika və helikopterlər cəlb olunub.



AzVision.az


Teqlər:





Xəbər lenti