Çində kimyəvi zavodda güclü partlayış baş verib

   Çində kimyəvi zavodda güclü partlayış baş verib
  01 İyul 2023    Oxunub:1251
Çinin şərqindəki Tszyansi əyalətində kimyəvi zavodda güclü partlayış baş verib, ölənlər ola bilər.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Hadisə yerli vaxtla günorta saatlarında Quysi şəhərində “Jiangxi Qiantai New Materials” şirkətinin müəssisəsində baş verib. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib.

Partlayışın səbəbləri araşdırılır. Hüquq-mühafizə orqanlarının əməkdaşları ölən və yaralananların olub-olmadığını öyrənirlər. Faktla bağlı araşdırma aparılır.


AzVision.az


Teqlər:





Xəbər lenti