"Mən ədalətə güvənirəm" - Polisin öldürdüyü Nahelin nənəsi

 "Mən ədalətə güvənirəm" -  Polisin öldürdüyü Nahelin nənəsi
  02 İyul 2023    Oxunub:1584
Ölümü bütün Fransada etirazlara səbəb olan 17 yaşlı Əlcəzair əsilli Nahel Merzukun nənəsi iğtişaşçıları zorakılığı dayandırmağa çağırıb. O, bu barədə bazar günü BFM-ə müsahibəsində bildirib.
"Mən bunun hər yerdə dayandırılmasını istəyirəm",- kanal Nadiya adlı qadının sözlərindən sitat gətirir. O əlavə edib ki, zorakı nümayişçilərin "məktəblərə hücumuna" icazə verilməməlidir.

Qadın həmçinin polis əməkdaşlarına qarşı hücumlara qarşı olduğunu bildirib və əlavə edib ki, son söz Fransa ədalətində olacaq.

"Mən ədalətə güvənirəm" , - o deyib.

Şahanə Rəhimova
AzVision.az


Teqlər: Fransa  





Xəbər lenti