İranlı cümə imamı: Bu davranışları dayandırmaq üçün işarə gözləyirik
“Keçən həftə bəziləri saxta şərab istehlakı səbəbindən həyatlarını itirdilər, bəziləri isə zəhərləndi. Bundan sonra bəzi düşmən mediası yazıb ki, İran pul qazanmaq üçün standart içkilər paylamalıdır. Bu məntiqlə qumar evləri, şərab evləri, əxlaqsızlıq yuvaları azad edilərək yayılmayacaqmı?”, - Hüseyni sual edib.
İranda musiqi konsertlərinin “rəqs məclisləri”nə çevrilməsini tənqid edən cümə imamı “İffət və hicab” qanun layihəsini məhkəmə komissiyasına deyil, parlamentin mədəniyyət komissiyasına həvalə edilməsi təklifini verib. O, habelə cəmiyyətin iffət və hicaba qarşı həssas olduğunu vurğulayıb.
Rəşt cümə imamı Rəsul Fəllahəti də bu vilayətdə hicab açılmasının artıq məqbul olmadığını bildirib.
- Hizbullah camaatı və hicablı qadınlar bu hərəkətləri dayandırmaq üçün bircə işarə gözləyirlər. Hicab açmağa təşviq edən və bu hərəkətə rəhbərlik edən qadınlar davranışlarındaa diqqətli olmalıdırlar. Aldadılanların hesabı ayrıdır və biz məhkəmə sistemindən gözləyirik ki, onların həbs olunan rəhbərlərinə məhkəmə mərhəməti ilə yanaşılmamalı, cəzalandırılmalı və cəzaları elan edilməlidir” , - daha bir radikal din xadimi söyləyib.
Amma mürtəce siyasətin daşıyıcılarının xəbərdarlıqlarına və repressiyalara baxmayaraq, İranın kiçik və böyük şəhərlərində ictimai yerlərdə hicabsız qadınların sayı günü-gündən artır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


