Zelenski 500-ə yaxın şəxsə sanksiyalar tətbiq edib

Zelenski 500-ə yaxın şəxsə sanksiyalar tətbiq edib
  01 İyul 2023    Oxunub:1106
Ukrayna Rusiyanın təcavüzünü dəstəkləyən daha 291 hüquqi və 191 fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
AzVision.az UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bununla bağlı fərman imzalayıb.

Sənədə əsasən, Rusiya, Gürcüstan, Qazaxıstan, Kipr və Belarusdan olan 291 müəssisə, təşkilat, quruma qarşı 5-10 il müddətinə sanksiyalar tətbiq edilib. Sanksiyalar tətbiq olunan şirkətlər arasında Gürcüstanın hava yolu şirkəti "Georgian Airways" də var.

Qeyd edək ki, "Georgian Airways" Rusiya Federasiyası ilə əlaqəni iyunun 15-dən bərpa edib. Fiziki şəxslərin siyahısında əsasən Rusiya Federasiyasının vətəndaşları ilə yanaşı, Belarus və Gürcüstan vətəndaşları da var.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.

AzVision.az


Teqlər:



Xəbər lenti