ATƏT PA-nın payız sessiyası İrəvanda keçiriləcək

   ATƏT PA-nın payız sessiyası İrəvanda keçiriləcək
  01 İyul 2023    Oxunub:996
ATƏT Paralment Assambleyasının payız sessiyası İrəvanda keçiriləcək.
AzVision.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə bu gün Vankuverdə keçirilən sessiyada qərar verilib.

Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Sarkis Xandanyan bildirib ki, bu, Cənubi Qafqazda təhlükəsizlik problemləri və onların nəticələrini müzakirə etməyə imkan verəcək.

"Təhlükəsizlik problemləri ATƏT regionunu sarsıtmağa davam edir və bu şəraitdə parlamentlərarası əməkdaşlıq və dialoq getdikcə daha çox əhəmiyyət kəsb edir", - o əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti