Kuleba: "Sülh yolu Ukraynanın NATO-ya üzvlüyüdür"
O, iddia edib ki, həmin vaxt qəbul edilən qərar Rusiya prezidenti Vladimir Putinin Gürcüstana daxil olması və Krımı ilhaq etməsinə səbəb olub.
Ukraynanın NATO-nun xaricində olmasının hələ də müharibənin bir seçim olduğu anlamına gəldiyini deyən Kuleba bildirib ki, Rusiyanın Avropaya və bütövlükdə Avro-Atlantik bölgəyə təcavüzünün qapısını bağlamağın yeganə yolu Alyansa üzvlükdür.
Kuleba iddia edib ki, Ukraynanın NATO-ya üzv olması Rusiya ilə növbəti və daha böyük müharibəyə səbəb olmayacaq.
Rusiyanın NATO üzvü Ukraynaya bir daha hücum etməyə cəsarət etməyəcəyini vurğulayan Kuleba, "Sülh yolu budur", deyə vurğulayıb.
Teqlər: