Məhbəs-ölkə: İranda məhbusların sayı 50%-dən çox artıb

  Məhbəs-ölkə:  İranda məhbusların sayı 50%-dən çox artıb
  01 İyul 2023    Oxunub:1461
“Hengaw” insan haqları saytı İranda son bir ayda həbslərin sayının əvvəlki ayla müqayisədə 50%-dən çox artdığı barədə xəbər dərc edib.
AzVision.az “Hengaw” saytının məlumatına istinadən bildirir ki, iyun ayı ərzində İranın müxtəlif şəhərlərində azı 168 vətəndaş həbs olunub. Həbs edilənlər arasında ən azı 77 kürd, 50 nəfər isə bəluc mənşəli vətəndaş var. Onlardan 25-i qadın, 16-ı uşaq, 7-i isə müəllim və tələbələrdir.
2022-ci ildə “Qadın Həyat Azadlıq” etirazları başlayandan sonra İranda cəmiyyətin müxtəlif təbəqələrində başlayan geniş həbs dalğası hələ də davam edir.

İranın ədliyyə orqanları son aylarda məhbusların dəqiq sayını hələlik açıqlamasa da, bu qurumun rəsmilərinin təqdim etdiyi statistik məlumatlara əsasən, məhbusların sayının çox yüksək olduğu qənaətinə gəlinir.

Ədliyyə sisteminin rəhbəri Qulamhüseyn Möhseni Ajei iyunun sonlarında “Lider amnistiyası” adlanan prosedur çərçivəsində “həbsdə qalan və düşmənin onlar üçün plan hazırlamaq istədiyi” 98 minə yaxın şəxsin azadlığa buraxıldığını açıqladı .

Möhseni Ajeinin bəyanatına rəğmən, faktlar etiraz aksiyasında saxlanılan şəxslərin bir çoxunun azadlığa buraxılmasının müvəqqəti olduğunu sübut edir. Onların böyük bir hissəsi qəti azadlığa buraxılmasına baxmayaraq, təkrarən istintaq orqanlarına çağırılaraq çağırılaraq yeni “işlər” üzrə ittiham olunurlar.

Son həftələr sosial media kanallarında və hüquq müdafiə təşkilatlarında müxtəlif sahələrdən fəalların çağırılaraq həbs edilməsi ilə bağlı çoxsaylı xəbərlər dərc olunub.
AzVision.az


Teqlər: İran   həbslər  





Xəbər lenti