Ukrayna Ermənistan aviaşirkətinə sanksiya tətbiq edib

 Ukrayna Ermənistan aviaşirkətinə sanksiya tətbiq edib
  01 İyul 2023    Oxunub:1361
Ukrayna Ermənistanın “Air Dilijans” aviaşirkətinə qarşı sanksiya tətbiq edib
AzVision.az xəbər verir ki, bu barədə müvafiq sənədi iyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb.

Şirkətin sahibi gürcüəsilli Tamaz Qayaşvilidir.

Xatırladaq ki, V.Zelenskinin bu gün imzaladığı sənədlə rəsmi Kiyev ümumilikdə 190 fiziki və 291 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Onların əksəriyyəti Rusiya vətəndaşları və şirkətləridir.

AzVision.az



Teqlər: Ukrayna   Ermənistan   Sanksiya  





Xəbər lenti