Araik depressiyaya düşüb: “Heç nə bizim əlimizdə deyil”
// Separatçılara danışıqlar barədə məlumat verilmir
AzVision.az xəbər verir ki, Qarabağdakı mənbənin “Joqovurd"a bildirdiyinə görə, Araik Arutyunyan depressiyaya düşüb. Onun Qarabağdakı separatçıların taleyi və “blokadası” ilə bağlı bəyanatları qeyri-müəyyən və perspektivsiz olub. Araik deyib ki, heç nə onlardan asılı deyil. Onlar mübarizə aparmalı, səslərini ucaltmalıdırlar, lakin problemin həllinin açarı onların əlində deyil.
Deputatlar Arutyunyandan Ermənistan hakimiyyətinin nə barədə danışıqlar apardığını, onlarla əlaqənin olub-olmadığını soruşublar. Arutyunyan danışıqlar barədə ona hətta dolayı məlumatın belə verilmədiyini bildirib.
Deputatlar Arutyunyanın sözlərindən başa düşüblər ki, o, artıq Ermənistan hakimiyyətinə ümid bağlamır, Qarabağdakı qondarma qurumun gələcəyi də qeyri-müəyyəndir, yalnız özünə güvənmək qalır.
Rusiya sülhməramlılarına gəlincə, Araik əmin edib ki, onlar da problemin tez bir zamanda həllini istəyirlər, lakin azərbaycanlılarla birbaşa münaqişəyə girə bilməzlər: onların missiyası sülhü qorumaqdır”, - qəzet yazır.
Ə.V.
AzVision.az
Teqlər: Qarabağ