Fransada polisin öldürdüyü yeniyetmənin dostu: "Onun necə titrədiyini gördüm"

      Fransada polisin öldürdüyü yeniyetmənin dostu:    "Onun necə titrədiyini gördüm"
  02 İyul 2023    Oxunub:1062
Fransada əlcəzairəsilli 17 yaşlı sürücü Nahel Merzukun Nanterdə polis zabiti tərəfindən odlu silahdan açılan atəşlə öldürüldüyü zaman həmin avtomobildə olan digər gənc oğlan həqiqəti üzə çıxarmaq üçün danışıb.
Yeniyetmə "Sky News"a qətllə bağlı sosial mediada çoxlu yalanların yazıldığını deyib. O əlavə edib ki, polis güllələnmədən əvvəl mərhumu hədələyib.

"Nanter ətrafında sürmək üçün avtomobil icarəyə götürmüşdük. Biz spirt və ya narkotikin təsiri altında deyildik".

Onlar avtobus zolağında hərəkətdə olarkən polis motosikletlərinin sayrışan işıqlarla onların arxasınca gəldiyini görüb maşını saxlayıblar. Daha sonra zabit maşının pəncərəsinə yaxınlaşaraq Naheldən pəncərəni aşağı salmağı tələb edib və əksini edərsə, atəş açacağını deyib.

Gənc iddia edir ki, hadisə zamanı oradakı hər iki polis Nahelə tapançanın qundağı ilə zərbə endirib.

“Tərpənmə, yoxsa sənin başına güllə ilə atəş açaram” - deyə birinci polis Nahelin başına silahı dayayıb. Digər polis isə yeniyetməni silahla vurmağı əmr edib.

Şahidin sözlərinə görə, birinci zabit tapançasının qundağı ilə Naheli yenidən vurub, ayağını əyləc pedalından çəkməyə məcbur edib və nəticədə maşının irəli getməsinə səbəb olub. Bundan sonra ikinci polis atəş açıb və Nahel ayağını qaz pedalına basıb.

“Onun necə ağrıdığını, titrədiyini gördüm. Mən qorxdum, maşından düşüb, qaçdım. Düşündüm ki, məni də güllələyə bilərlər. Ona görə də qaçdım”, - oğlan bildirib.

Nanterin prokuroru Paskal Praş isə iddia edib ki, polis yeniyetməni saxlamağa çalışıb, çünki o, çox gənc görünür və avtobus zolağında Polşa dövlət nömrə nişanlı “Mercedes”i idarə edib. Yeniyetmə qırmızı işıqda keçib və sonra tıxacda qalıb. Prokurorun sözlərinə görə, zabit Nahel qaçmaq istəyərkən özünü, həmkarını və digər insanları avtomobil vura biləcəyindən qorxaraq hərəkət etdiyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti