Fransada merin evinə hücum: Həyat yoldaşı və övladı yaralandı

      Fransada merin evinə hücum:    Həyat yoldaşı və övladı yaralandı
  02 İyul 2023    Oxunub:1436
Fransanın İl-de-Fransa metropoliten bölgəsindəki Lay-le-Roz şəhərinin meri Vinsent Janbryun evinə hücum edilib.
AzVision.az xəbər verir ki, bu barədə meriyanın rəhbəri “Twitter” səhifəsində yazılıb.

Hadisə nəticəsində mer həyat yoldaşı və övladının yaralandığını bildirib.

Onun sözlərinə görə, hələ şəxsiyyəti məlum olmayan şəxslər avtomobili merin evinə çırpıblar:

“Sonra arvadım və iki azyaşlı uşağımın yatdığı evi yandırmaq üçün nəqliyyat vasitəsinə alov vurublar. Övladımın biri və həyat yoldaşım yaralanıb”.

Vinsent Janbryun əlavə edib ki, hadisə baş verən zaman o, özü də meriyanın binasında olub.

AzVision.az


Teqlər:





Xəbər lenti