İranın xarici işlər nazirinin müavini Azərbaycana gəlir

   İranın xarici işlər nazirinin müavini Azərbaycana gəlir
  02 İyul 2023    Oxunub:1079
İran xarici işlər nazirinin müavini Reza Nəcəfi Azərbaycana gəlir.
AzVision.az xəbər verir ki, bu barədə bazar günü "Fars" agentliyi məlumat yayıb.

Nəcəfi yüksək səviyyəli ekspertlər səviyyəsində Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak edəcək.

Həmçinin Bakıda hərəkata daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılacaq.

Agentliyin məlumatına görə, Bakıda keçiriləcək nazirlər konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da şəxsən iştirak etməyi planlaşdırır.

AzVision.az


Teqlər:





Xəbər lenti