Fransada etirazçılar həbs edilib, məktəblər bağlanıb

 Fransada etirazçılar həbs edilib,  məktəblər bağlanıb
  03 İyul 2023    Oxunub:984
Fransada ötən gün 50-yə yaxın etirazçı həbs edilib.
Lionda gənclərdən ibarət qruplar şəhərin mərkəzinə toplaşaraq şüarlar səsləndiriblər. Polislə bir neçə toqquşma olub. Bundan əvvəl Fransanın 10 şəhərində komendant saatı elan olunub. Fransa Merlər Assosiasiyasının rəhbəri David Lisnar iyulun 3-də ölkə boyu meriyaların qarşısında mitinqlərin keçiriləcəyini bildirib. Bununla yanaşı, güllələnən yeniyetmənin nənəsi iğtişaşlara son qoymağa çağırıb.

Bu arada Fransada minlərlə şagird iğtişaşlar nəticəsində bir çox təhsil müəssisəsinin binaları zədələndiyi üçün bu gün dərsə getməyəcək. Ən çətin vəziyyət Amiens, Dijon və Brestdə yaranıb. Bəzi tədris binaları o qədər zədələnib ki, ilin sonuna kimi açılmayacaq.

Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nantrda başlayan aksiyalar bir gün sonra onlara Lill və Tuluza sakinləri də qoşulub. Daha sonra etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilib.

AzVision.az


Teqlər:





Xəbər lenti