Ağ Evdə terror həyəcanı
Qeyd edilir ki, xidmətin əməkdaşları təhlükə səbəbindən Ağ Evin ətrafındakı əraziləri nəzarətə götürüb və administrasiya işçiləri təxliyə edilib.
"Xüsusi Kimyəvi Mühafizə qrupu 18-ci küçə və ümumilikdə Pensilvaniya prospektinə çağırılıb. Məxfi Xidmət bölmələri Ağ Evin ətrafındakı yolları bağlayıb, qurum “naməlum əşya” ilə bağlı əlavə məlumat verməyib. Məxfi Xidmətin mətbuat katibinin sözlərinə görə, ərazidə yaradımış bütün məhdudiyyətlər artıq aradan qaldırılıb", - nəşr yazıb.
Tural Tağıyev
AzVision.az