İranda xalqın “həyat tərzinə” nəzarət ediləcək

İranda  xalqın “həyat tərzinə” nəzarət ediləcək
  03 İyul 2023    Oxunub:1065
Keçən ilki etirazlardan sonra məcburi hicab sahəsində hökumətin məhdudiyyətlərinin gücləndirilməsi və geniş internet filtrasiyası uğursuzluqla nəticələnsə də, 7-ci inkişaf planında insanların “həyat tərzini” nəzarətdə saxlamaq və izləmək məqsədi ilə “ikiqat” səy göstəriləcəyi barədə xəbərlər dərc olunub.
AzVision.az “Şərq” qəzetinin internet saytına istinadən bildirir verir ki, 7-ci İnkişaf planı haqqında qanun layihəsinə hökumətin insanların dindarlığının, mənəviyyatının, etikasının və həyat tərzinin davamlı monitorinqi və ölçülməsi sisteminin işə saınmasını nəzərdə tutan maddə daxil edilib.

“Bu qanun layihəsinin 75-ci maddəsində Mədəniyyət nazirliyindən İran Statistika mərkəzi və Ali Mədəni İnqilab şurasının monitorinq mərkəzi ilə əməkdaşlıqda bu sistemi qurması tələb olunur. “İnsanların həyat tərzinin davamlı monitorinqi və ölçülməsi sistemi” adlanan bu mexanizm ictimai məlumat bazalarından, hökumət və özəl sistemlərdən, habelə virtual biznes platformalarından məlumatların inteqrasiyası ilə işləməlidir”, - xəbərdə deyilir.

Son illərdə hakimiyyət “İran-İslam həyat tərzi” açar sözündən istifadə edərək, hakimiyyət orqanlarının, hökumətə bağlı media və reklam agentliklərinin diqqətini İran xalqının həyat tərzinə yönəltməyə çalışır.

Bütün bunlara baxmayaraq hətta hökumət KİV-lərində gündəlik yayılan xəbərlərdən də görünür ki, xalqın əhəmiyyətli bir hissəsi “məcburi hicaba” boyun əyməməklə hakimiyətin tətbiq etdiyi tədbirlərə müqavimət göstərir. Digər tərəfdən, hökumət məcburi hicaba qarşı çıxan qadınlara xidmətlərə görə insanlara və biznes strukturlarlna məhdudiyyətlər tətbiq edir.
AzVision.az


Teqlər: İran   hicab  





Xəbər lenti