İsrail ordusu Cenində xüsusi əməliyyata başladı
“Al Arabiya” telekanalının yaydığı məlumata görə, İsrail qüvvələrinin xüsusi əməliyyatı çərçivəsində bu gün səhər saatlarında Cenin şəhərinə və yaxınlıqdakı eyni adlı fələstinli qaçqın düşərgəsinə zirehli transportyorlar və tanklar da daxil olmaqla, 200-dən çox hərbi texnika yeridilib.
Ötən həftə İsrail ordusunun Cenin şəhərinə reydləri nəticəsində ən azı altı fələstinli qətlə yetirilmişdi.
AzVision.az
Teqlər: