Vaqner qiyamından sonra Putindən ilk: Bütün gözlər sabahkı zirvədə!

 Vaqner qiyamından sonra Putindən ilk:    Bütün gözlər sabahkı zirvədə!
  03 İyul 2023    Oxunub:1218
Rusiya prezidenti Vladimir Putin "Vaqner" böhranından sonra ilk dəfə sammitdə iştirak edəcək.
Hindistanın ev sahibliyi edəcəyi builki Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti sabah videokonfrans vasitəsilə keçiriləcək. Sammitdə Hindistanın baş naziri Narendra Modini və Çinin sədri Si Cinpinin iştirakı gözlənilir.

Bildirilib ki, sammitə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan kimi üzv ölkələrlə yanaşı, müşahidəçi statusunda İran, Belarus və Monqolustan dəvət olunub.

Associated Press (AP) xəbər agentliyi bu sammitin Moskva üçün hər zamankindən daha əhəmiyyətli olduğunu vurğulayıb.

Agentliyə danışan ekspertlər bildiriblər ki, sammit Putinə "Vaqner" lideri Priqojinin qısamüddətli üsyanından sonra hələ də nəzarətdə olduğunu göstərmək imkanı verib.

Artıq TASS xəbər agentliyi Kremlə istinad edərək Rusiya liderinin sammitdə iştirak edəcəyini təsdiqləyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti