İran səfiri: "İrəvanla əməkdaşlığı genişləndirməyə hazırıq"
"Andreasyan diplomata Ermənistan-İran münasibətlərinin möhkəmləndirilməsi və əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib. Nazir təmsil etdiyi qurumun Ermənistan-İran dostluq əlaqələrinin inkişafı və dərinləşməsinə kömək etməyə hazır olduğunu təsdiqləyib. O, həmçinin Ermənistanın ümumi təhsil müəssisələrində fars dilinin tədrisi proqramının genişləndirilməsində İranın köməyinin vacibliyini vurğulayıb", - məlumatda yazılıb.
Zohuri vurğulayıb ki, İran tərəfi xüsusilə təhsil və mədəniyyət sahələrində əməkdaşlığın miqyasını genişləndirməyə hazırdır.
Tural Tağıyev
AzVision.az
Teqlər: