Almaniya məhkəməsi: İrana bağlı mərkəz “ifrat islamçı” təşkilatıdır
Məhkəmə hələ iki ay əvvəl Hamburq İslam mərkəzi ilə bağlı şikayətə baxmağa başlayıb. Şikayətin səbəbi iki il öncə, Hamburqun Kəşfiyyat və Daxili Təhlükəsizlik departamentinin bu mərkəzin ekstremist və islamçı qruplarla, o cümlədən Livanın “Hizbullah” təşkilatı ilə əlaqəsi barədə məlumat verən sənədləri dərc etməsi olub. Təhlükəsizlik təşkilatı həmçinin Hamburq İslam mərkəzini İranın Almaniyadakı fəal bazalarından biri kimi təsnif edib. Lakin məhkəmə sonuncu iddianı əssasız sayib.
Buna baxmayaraq, alman mediası məhkəmənin nəticəsini Almaniya Kəşfiyyatı və Daxili Təhlükəsizlik idarəsinin İslam mərkəzinə qarşı uğuru kimi dəyərləndirərərk, onun yəqin ki, yaxın vaxtlarda bağlanacağını vurğulayır.
Hamburq əyalətinin Daxili İşlər naziri Endi Qrot bu qərarın Kəşfiyyat və Daxili Təhlükəsizlik departamentinin dini ekstremizmə qarşı mübarizədə öz işini layiqincə yerinə yetirdiyinə dəlalət etdiyini, gələcəkdə bu mərkəzdə daha çox monitorinq aparılacağını söyləyib.
Bir müddət əvvəl Almaniya Yaşıllar Partiyasının iki liderindən biri olan Ümid Nuripur sözügedən mərkəzi “İranın casusluq yuvası” adlandıraraq, onun dərhal bağlanmasını tələb etmişdi.
AzVision.az