"Putinin "Vaqner"in qiyamına reaksiyası zəif idi" - Zelenski
"Biz Putinin reaksiyasını gördük. Bu, zəif idi. Birincisi, biz görürük ki, o, hər şeyə nəzarət etmir. "Vaqner"in Rusiyanın dərinliklərinə doğru hərəkət etməsi və bəzi bölgələri ələ keçirməsi bunun nə qədər asan olduğunu göstərir. Putin regionlardakı vəziyyətə nəzarət etmir. Onun əvvəllər sahib olduğu bütün bu şaquli hakimiyyət sadəcə olaraq dağılır”, - deyə dövlət başçısı vurğulayıb.
Zelenski əlavə edib ki, kəşfiyyat hesabatları Kremlin "Vaqner" lideri Yevgeni Priqojinin nə qədər dəstəyini ölçdüyünü göstərir. Ukrayna prezidenti iddia edir ki, Rusiyanın yarısı "Vaqner" liderini və qiyamını dəstəkləyib.
AzVision.az
Teqlər: