Ziyad ən-Nəxalə: Bizə yardım İrana baha başa gəlir

   Ziyad ən-Nəxalə: Bizə yardım İrana baha başa gəlir
  03 İyul 2023    Oxunub:936
Rəsmi Tehran müxtəlif silahlı qrupları dəstəkləməsi barədə dünya ictimaiyyətinin iddialarını rədd etsə də, cidanı heç cür çuvalda gzilədə bilmir. Onun bu siyasətini hətta həmin qruplaşmaların liderlərinin bəyanatları da ifşa edir.
AzVision.az “Fələstin İslami Cihad” silahlı qruplaşmasının lideri Ziyad Nəxalənin İranın “Əl-Vəfaq” qəzetinə verdiyi müsahibəsinə istinadən bildirir ki, bu qruplaşmaya yardım İrana baha başa gəlsə də, həmin məbləğ ayda yüz milyonlarla dollara çatmır.

“Düşünülə bilər ki, Fələstin xalqı İranın bütün pullarını alıb. Şəhid və məhbus ailələrinə humanitar yardım, hərbi sahədə yardım, bəzi silahların verilməsi, Qəzzaya və İordan çayının qərb sahilinə çatdırılması. Bunlar təbii olaraq baha başa gəlir. İranın hər ay yüz milyonlarla dollar verdiyini düşünənlər var. Lakin mən deyirəm ki, Fələstində minimal resursla müqavimət qurulub və həmin yardımı şişirtməməliyik”, - Nəxalə deyib.

Bununla belə, Anti-İsrail “İslami Cihadı”nın silahlı qruplaşmasının lideri İranın yardımının dəqiq məbləğini açıqlamaqdan imtina edib.

“İslami Cihad” qruplaşması Avropa İttifaqı, Böyük Britaniya, Yaponiya, Amerika, Kanada və bir sıra digər ölkələrin və beynəlxalq qurumların terror qruplaşmaları siyahısındadır. Təl-Əviv isə İranı “Fələstin İslami Cihad”ın əsas sponsoru sayır.

Bundan əvvəl İsrail mediası Tehranın bu qruplaşmaya “silahlı qarşıdurmanın hər günü” üçün beş milyon dollar ödəyəcəyini vəd etdiyini yazmışdı. İsrailin “Kanal 12” telekanalı isə mayın ortalarında hərbi və təhlükəsizlik mənbələrinə istinadən, İranın maliyyə vədinin bu qruplaşmaya Qəzzada İsrail ordusu ilə “Fələstin İslami Cihad” qüvvələri arasında son qarşıdurma zamanı verildiyini bildrimişdi.
AzVision.az


Teqlər: İran   terror  





Xəbər lenti