Fransızların 70 faizi ölkədə fövqəladə vəziyyətin tətbiqini istəyir
Rəy sorğusunda iştirak edən fransızların 69 faizi ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqinə tərəfdar olduğunu bildirib. Həmçinin onların əksəriyyəti ölkənin müxtəlif bölgələrində baş vermiş zorakılığı qınayıb. Eyni zamanda, respondentlərin 57 faizi polis və jandarmeriyanın fəaliyyətini dəstəkləyib.
İyunun 29-30-da keçirilən sosioloji tədqiqatda yaşı 18-dən yuxarı mindən çox Fransa vətəndaşı iştirak edib.
AzVision.az
Teqlər: