MİT MOSSAD-a işləyən 7 nəfəri İstanbulda tutdu

   MİT MOSSAD-a işləyən 7 nəfəri İstanbulda tutdu
  03 İyul 2023    Oxunub:856
Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İsrail Milli Kəşfiyyat Xidmətinə (MOSSAD) işləyən 7 nəfəri İstanbulda saxlayıb.
Türkiyə mətbuatı xəbər verir ki, onlardan 2-sinin türk olduğu bildirilib. MOSSAD-ın Türkiyədə yaşayan əcnəbiləri onlayn marşrutlaşdırma texnikasından istifadə edərək izlədiyi müəyyən edilib. Saxlanılan şəxslər MOSSAD-a işlədiklərini etiraf edib.

MİT MOSSAD-ın kəşfiyyat məlumatı toplamaq və SİHA-larla əməliyyatın keçiriləcəyi yerləri müəyyən etmək üçün İstanbulda cəlb etdiyi ərəbəsilli casusları ilk növbədə Livan və Suriyaya göndərdiyini müəyyən edib.


AzVision.az


Teqlər:





Xəbər lenti