İranlıların çoxu hökumətin hicab siyasətini rədd edir

İranlıların çoxu hökumətin hicab siyasətini rədd edir
  03 İyul 2023    Oxunub:1050
Məcburi hicaba qarşı çıxan qadınların 52%-i ümummilli etirazlardan sonra hökumətin istədiyi kimi geyinməkdən imtina etdiklərini bildirir, ümumilikdə isə cəmiyyətin 60%-dən çoxu hökumətin hicab məsələsinə müdaxiləsinin əleyhinədir.
AzVision.az İranlı tələbələrin Rəy sorğu mərkəzinin keçmiş direktoru, sosioloq İbrahim Hacıyaniyə istinadən xəbər verir ki, bu statistika İranda elmi dairələrə bağlı bir qrumun keçirdiyi sorğunun nəticələrinə əsaslanır.

“2022-ci il etirazlarından sonra hakimiyyətin üç qolunun məsul şəxsləri elmi hövzəyə aid edilən bu sorğunun statistik məlumatları əsasında hicab qanun layihəsini hazırlamaq qərarına gəldilər. Amma bu qanunun təsdiqi ilə belə, yeni siyasət öz məqsədlərinə çatmayacaq və İran qadınlarının davranışlarına təsir göstərməyəcək. Hazırda İran cəmiyyətinin 62%-i hökumətin hicaba müdaxiləsi ilə razılaşmır və belə qənaətə gəlmək olar ki, cəmiyyət bu qanuna tabe deyil”, - Hacıyani deyib.

Sosioloq Leyla Fəlahəti isə İran hökumətinin yaşayış baxımından minimum yaşayışı səviyyəsini tövsiyyə etdiyi halda, insanların hicab məsələsində mümkün qədər addım atmalarını tələbini qoyduğunu söyləyib. Ölkənin təhlükəsizlik sisteminin hicabla məşğul olmasını səhv addım kimi qiymətləndirən xanım Fəlahəti, mədəniyyət siyasətçilərinin təzyiq altında prioritetlərini dəyişdiklərini vurğulayıb.

Bu il mətbuatda və sosial şəbəkələrdə məcburi hicabsız qadınların olması səbəbindən mağaza, kafe, ticarət mərkəzləri və turistik məkanların möhürlənməsi ilə bağlı onlarla xəbərlər dərc edilib. Hətta həmin qadınların metroya və avtobuslara girişinə, dövlət xidmətlərindən istifadəyə qadağa qoyulması kimi tədbirlərə də əl atılıb.

Məhkəmə sistemi isə məcburi hicab əleyhdarlarına qarşı cəzalar nəzərdə tutan “Hicab və iffət mədəniyyətinin dəstəklənməsi” adlı qanun layihəsi hazırlayaraq parlamentə təqdim etdi. Qanun layihəsi parlamentin açıq zalında təsdiqləndikdən sonra parlamentin spikeri onun “ən qısa müddətdə” həyata keçiriləcəyini bildirdi.
AzVision.az


Teqlər: İran   hicab  





Xəbər lenti