Ukrayna ilə Gürcüstan arasında gərginlik artır

   Ukrayna ilə Gürcüstan arasında gərginlik artır
  03 İyul 2023    Oxunub:941
Ukraynanın müvəqqəti işlər vəkili Aleksandr Şulqa “Georgian Airways”ə qarşı sanksiyalara görə Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə “İmedi” telekanalı xəbər verib. Məlumata görə, bu, “Georgian Airways”ə qarşı sanksiyaların tətbiqi ilə bağlıdır.

Bundan əvvəl Gürcüstanın “Georgian Airways” aviaşirkətinin təsisçisi Tamaz Qayaşvili hökumətin Ukrayna prezidenti Volodimir Zelenskinin ona və müəssisəsinə qarşı tətbiq etdiyi sanksiyalara reaksiya verəcəyini gözlədiyini bildirib.

O, ümid etdiyini bildirib ki, “Ukrayna prezidentinin ədalətsiz və əsassız qərarına” Gürcüstan hökuməti dərhal və qarşılıqlı cavab verəcək.

İyulun 1-də Ukrayna prezidenti Volodimir Zelenski Rusiya, Belarus, Qazaxıstan və Gürcüstandan olan 190-dan çox fiziki və 291 hüquqi şəxsə qarşı 10 illik sanksiyalar tətbiq edib.

AzVision.az


Teqlər:





Xəbər lenti