İlham Əliyev rus naziri qəbul edib

İlham Əliyev rus naziri qəbul edib
  02 İyun 2014    Oxunub:922
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevi qəbul edib.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ticarət dövriyyəsinin artırılmasının önəmi qeyd edildi, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə edilməsi üçün yaxşı imkan yaratdığı bildirildi. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Teqlər:





Xəbər lenti