Yeni “İndiana Cons” Çin kassasında uğursuz oldu

Yeni “İndiana Cons” Çin kassasında uğursuz oldu
  03 İyul 2023    Oxunub:1207
Yeni “İndiana Cons” Çində nümayişə çıxdığı ilk üç gündə cəmi 2,3 milyon dollar qazanc əldə edib ki, bu da ekspertlərin ən təvazökar gözləntilərindən azdır.
Qeyd olunub ki, əvvəlki dörd filmdən heç biri Çində yayımlanmamışdı. Eyni zamanda, tamaşaçılar beşinci filmi müsbət qiymətləndirirlər: müxtəlif tətbiqlərdə film 10 baldan 7,3-dən 8,9-a kimi dəyərləndirilib.

Büdcəsi 295 milyon dollar olan filmin Çində 3,8 milyon dollar gəlir əldə edəcəyi gözlənilir. Şimali Amerikada da “İndiana Cons”un nümayişi parlaq olmayıb. İki gündə film 60 milyon dollar qazanc əldə edib.


AzVision.az


Teqlər:





Xəbər lenti