Kiyev əks-hücumun sonuna qədər “F-16” qırıcılarını almayacaq

Kiyev əks-hücumun sonuna qədər “F-16” qırıcılarını almayacaq
  04 İyul 2023    Oxunub:823
Əks-hücum tamamlanana qədər Ukrayna “F-16” qırıcılarını almayacaq. Cəbhə xəttində mövcud vəziyyətlə əlaqədar yaxın vaxtlarda bu barədə qərar qəbul edilməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə NATO hərbi komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.

O həmçinin qeyd edib ki, ukraynalı pilotların, texniki mütəxəssislərin hazırlanması və təyyarələr üçün logistikanın təmin edilməsi əks-hücum bitənə qədər mümkün deyil.

Admiral etiraf edib ki, üç müdafiə xətti, geniş minalanmış sahələr Ukrayna hərbçilərinin cəbhə xəttində irəliləməsini çətinləşdirir.

“Politico”ya görə, Ukrayna bu il “F-16” qırıcılarını alacağını gözləyir, lakin bu, 2024-cü ilin əvvəlinə qədər mümkün deyil.

AzVision.az


Teqlər:





Xəbər lenti