Albaniya İran müxalifətinin hard disklərini Tehrana ötürüb
İran hökumətinin İnformasiya şurasının rəhbəri Sepehr Xəlci öz tvit hesabında məsələyə aydınlıq gətirib.
“Sərt diskin və qutuların bir hissəsi gəldi. Hazırda məlumatı bərpa etməklə, əlaqələri, məhv olmuş nüvələri və kor nöqtələri müəyyənləşdirməklə məşğuldurlar”, - Sepehr Xəlci yazıb.
Albaniya hakimiyyəti hələlik bu iddia ilə bağlı açıqlama verməsə də, İran Milli Müqavimət şurasının bəyanatında disklərin ötürülməsi İran hakimiyyətinin mürtəce siyasətinin dəstəklənməsi kimi qiymətləndirilir.
- Albaniya ilə İslam respublikasının “kəşfiyyat əməkdaşlığı”na əsasən Əşrəf 3 düşərgəsinə edilən hücumda ələ keçirilən 213 kompüter və sərt diskin bir hissəsinin Tehrana ötürülməsi doğrudursa, insan fəlakəti və insan hüquqlarının dəhşətli pozuntusu baş verib. Belə bir hadisə bütün ölkə ərazisində ailələrin, siyasi məhbusların və mücahid tərəfdarlarının həbsi, işgəncə və edam edilməsi ilə yanaşı, bu rejimin İrandan kənarda cilovsuz terroruna səbəb ola bilər”, - bəyantada deyilir.
Bəyantda Albaniyanın keçən il sentyabrda İrandan Albaniyaya edilən kiberhücumlardan sonra Tehranla əlaqələrini kəsməsinə baxmayaraq, alban polisinin bu əməliyyatı İranın tələbi ilə həyata keçirdiyi iddia olunur.
AzVision.az