Tanınmış jurnalistə vəzifə verildi

Tanınmış jurnalistə vəzifə verildi
  03 İyun 2014    Oxunub:882
Vaxtilə Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış, lakin hərbi xidmət müddətini başa vurduqdan sonra, bu ilin fevralın ayından ehtiyata buraxılan Təranə Məmmədova yeni işlə təmin olunub.
AzVision.az Aktual.az-a istinadən xəbər verir ki, tanınmış jurnalistin yeni iş yeri Bakı Şəhəri Təhsil İdarəsində İctimaiyətlə Əlaqələr şöbəsidir.

Əldə etdiyimiz məlumatı Təranə Məmmədovanın özü də təsdiqlədi:

"Xəbər doğrudur, amma bu barədə hələ ki, ətraflı məlumat verə bilmərəm".

Xatırladaq ki, Bakı Şəhəri Təhsil İdarəsindən də Təranə Məmmədovanın İctimaiyyətlə Əlaqələr şöbəsinə təyinatını təsdiqləyiblər.


Teqlər:





Xəbər lenti