Fransada iğtişaşların pik həddi keçib

   Fransada iğtişaşların pik həddi keçib
  04 İyul 2023    Oxunub:1333
Fransada iğtişaşlar pik həddi keçib.
Fransada polis və partlayışlarla tətil keçirənlər
AzVision.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında vilayətlərin merləri ilə görüşündə deyib

BFMTV Fransa liderinin sözlərindən sitat gətirib: "Gələcək günlər və həftələr üçün diqqətli olmalıyıq. Lakin gördüyünüz kimi, iğtişaşların pik həddi keçib".

Qeyd edək ki, iyunun 27-də Fransa polisi 17 yaşlı əlcəzairəsilli sürücünü öldürüb . Bundan sonra ölkədə iğtişaşlar başlayıb.

Bir neçə gündür davam edən etiraz aksiyalarında 1 000-ə yaxın adam saxlanılıb, 79 nəfər yaralanıb, 1 350 avtomobil yandırılıb, 31 polis bölməsi, 16 bələdiyyə polis bölməsi və 11 jandarma kazarması daxil olmaqla, 234 binaya ziyan dəyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:   Fransa  





Xəbər lenti