İran məhkəməsi: "bəhaisənsə, deməli cinayətkarsan"
Sözügedən “hakim” Hami Bəhadərinin bəhai ailəsində doğulmasını, təhsildən məhrum olduğu üçün Bəhai universitetində təhsil almasını, bu dinin davamçılarının idarə etdiyi şirkətlərdə işləməsini və başqa bir bəhai ilə evlənməsini ona qarşı ittihamların sübutu sayıb. Səlvatinin fikrincə, bu işdə vacib məqam müttəhimin bəhai dininin təlimləri ilə açıq şəkildə başlanan və davam edən həyat yoludur.
Qeyd edək ki, Əbülqasım Səlvətinin rəhbərlik etdiyi Tehran İnqilab məhkəməsinin 15-ci şöbəsi iyunun sonlarında Hami Bəhadəri ilə bağlı 6 il həbs, 2 il komendant saatı və saxlanılan zamanı ondan götürdüyü əşyaların müsadirə edilməsi ilə bağlı hökm çıxarıb. Bu şöbə Hami Bəhadərini ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaqda, sistemə qarşı və yalançı Bəhai məzhəbinin xeyrinə təbliğat fəaliyyətində suçlandırıb.
Hami Bəhadəri ötən il iyunun sonunda Kəşfiyyat nazirliyinin agentləri tərəfindən həbs edilib və işin hakimi indiyədək onun həbs orderinin girovla əvəzlənməsinə razılıq verməyib.
AzVision.az