Prezidentin Bakı səfəri başa çatdı

Prezidentin Bakı səfəri başa çatdı
  03 İyun 2014    Oxunub:888
İyunun 2-də İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalteri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti