İcra başçıları Yaponiyaya niyə getdi?

İcra başçıları Yaponiyaya niyə getdi?
  03 İyun 2014    Oxunub:959
Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiyaya işgüzar səfərə gediblər.
Səfərin məqsədi Yaponiyanın yerli idarəetmə sistemi, şəhər planlaşdırılması, şəhər təsərrüfatının idarə edilməsi ilə yaxından tanış olmaq, mövcud təcrübədən faydalanmaq və ikitərəfli regionlararası əməkdaşlığı gücləndirməkdir.

Azərbaycan Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümovun rəhbərlik etdiyi Bakının Səbail, Xətai, Suraxanı, Yasamal, həmçinin Ağcabədi, Masallı, Şabran, Qəbələ, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin icra hakimiyyətlərinin başçılarından ibarət nümayəndə heyəti iyunun 2-də Tokionun Mequro rayonunun rəhbərliyi ilə görüşüblər.


Teqlər:  





Xəbər lenti