Keçidin uçması haqda rəsmi məlumat

Keçidin uçması haqda rəsmi məlumat
  03 İyun 2014    Oxunub:1265
Fövqəladə Hallar Nazirliyi Bakıda yerüstü piyada keçidinin uçması ilə bağlı rəsmi məlumat yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Səbail rayonu, Bakı-Salyan yolu üzərində quraşdırılmış yerüstü piyada keçidinin çökməsi nəticəsində “Mercedes” markalı yük avtomobili dağıntılar altında qalaraq ağır deformasiyaya uğrayıb.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi deformasiyaya uğramış avtomobilin içərisindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:22-də başa çatıb.


Teqlər:  





Xəbər lenti