Rusiyada hərbi zavod partladı: 6 ölü, 2 yaralı
Rusiyanın “SHOT” Teleqram kanalının məlumatına görə, partlayış nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.
"Bizdə olan məlumata görə, azot borusu partlayıb. Ölən və yaralananların hamısı 3-cü və 5-ci sexlərin işçiləridir", - məlumatda deyilir.
Kanal qeyd edir ki, “Promsintez” partlayıcı maddələrin istehsalı ilə məşğuldur. Çox güman ki, şirkət Rusiya Federasiyasının Müdafiə Nazirliyi üçün çalışır.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


