İrandakı mikro toz böhranı insanları xəstəxanaya üz tutmağa məcbur edir

İrandakı mikro toz böhranı  insanları xəstəxanaya üz tutmağa məcbur edir
  07 İyul 2023    Oxunub:947
İranın Sistan və Bəlucistan əyalətində son 5 gündə mikro toz böhranının və qum fırtınasının şiddətlənməsindən sonra şimaldakı beş şəhərdə 833 vətəndaş xəstəxanaya yerləşdirilib.
AzVision.az Sistan və Bəlucistan əyalətinin səlahiyyətlilərinə istinadən xəbər verir ki, eyni zamanda, Zehək şəhərinin valisi yüzlərlə kəndin qum fırtınaları ilə əhatə olunduğunu açıqlayaraq, bu ərazilərə yardım qüvvələrinin göndərilməsini istəyib.

Sistan və Bəlucistan valiliyinin Böhran idarəetmə qurumunun baş direktoru Məcid Mühibbinin sözlərinə görə, bu bölgədə incə toz böhranının güclənməsindən sonra tənəffüs, ürək və göz problemləri insanların əsas problemlərindəndir.

“İyulun 2-dən 6-dək ölkənin şimalındakı Sistan və Bəlucistan bölgəsində əsən yeni külək dalğasından sonra 833 nəfər Zabul, Zehək, Hamun, Hirmənd və Nimroz şəhərlərində xəstəxana və tibb mərkəzlərinə müraciət edib. Onlardan bəziləri müalicə aldıqdan sonra xəstəxanadan buraxılıb, lakin 128 nəfər hələ də xəstəxanada saxlanılır”, - Mühibbin deyib.

Sistan və Bəlucistan əyalətinin meteorologiya idarəsinin baş direktoru Zahidan-Zabul yolunun kritik vəziyyətinə toxunar, toz fırtınasının bu yolda görmə radiusunun bir neçə metrə qədər azalmasına səbəb olduğunu açıqlayıb.
AzVision.az




Teqlər: İran   toz  



Xəbər lenti