İran, Rusiya və Çinin Almaniyaya kiberhücumları güclənib
Rusiyanın Almaniyaya qarşı kibertəhlükələrdə mühüm roluna toxunan Plattner, ölkəsinin Ukraynanı dəstəkləyən Avropa gücü kimi Moskvanın göstərişi ilə haker qrupları üçün “cəlbedici hədəfə” çevrildiyini vurğulayıb.
Yeri gəlmişkən, Almaniya üçüncü dəfədir ki, bu ölkəyə qarşı İrana bağlı hakerlərin fəaliyyəti barədə xəbərdarlıq edir. Bu ilin aprelində Berlin şəhərinin kəşfiyyat idarəsi öz hesabatında İran rejiminin kiber agentlərinin Almaniyanın qorunan məlumatlarına daxil olmaq cəhdi barədə məlumat yayıb. Ötən ilin iyun ayında isə Almaniya Federal Kəşfiyyat idarəsi İran hakerlərinin kiberhücumlarının artması və onların məxfi məlumatlara giriş cəhdləri barədə hesabat dərc edib.
AzVision.az