İran və Səudiyyə Ərəbistanının neft nazirləri görüşüblər

İran və Səudiyyə Ərəbistanının neft nazirləri  görüşüblər
  07 İyul 2023    Oxunub:1330
Son vaxtlar İranla Səudiyyə krallığı arasında münasibətlərin yaxşılaşması bir sıra istiqamətlərdə, xüsusilə də ənənəvi enerjidaşıyıcıalrı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə ciddi zəmin yaradıb.
AzVision.az İRNA xəbəbr agentliyiniə istinadən bildirir ki, İranın neft naziri Cavad Oci Vyanada OPEC-in 8-ci beynəlxalq seminarı çərçivəsində Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman ilə görüşərək, “neft bazarının vəziyyəti” və “ümumi yataqlar”" investisiya qoyuluşunu müzakirə edib.

“Cavad Oci və Əbdüləziz Bin Salman İran və Səudiyyə Ərəbistanı arasında ikitərəfli məsələləri, o cümlədən neft və qaz sənayesinə sərmayə qoyuluşu və birgə sərmayə imkanlarının araşdırılmasını müzakirə ediblər. Karbohidrogen materiallarının ticarəti və birgə yataqların işlənməsi kimi məsələlər də OPEC-in 8-ci beynəlxalq seminarı çərçivəsində iki tərəfli danışıqların mövzusu olub. Habelə, ortaq yataqların işlənməsi ilə bağlı danışıqlar da aprılıb”, - məlumatda deyilir.

İran və Səudiyyə Ərəbistanı mart ayında Çinin vasitəçiliyi ilə münasibətləri normallaşdırmaq qərarına gəlidikdən sonra, Səudiyyə krallığının Xarici İşlər naziri bu ölkənin Tehrandakı səfirliyinə hücumdan 7 il sonra İrana səfər edib. Tehranla Ər-Riyad arasında diplomatik əlaqələrin bərpası müxtəlif sahələrdə mümkün ikitərəfli əməkdaşlığa yol açıb.
AzVision.az


Teqlər: İran   Səudiyyə  





Xəbər lenti