"Threads" istifadəçilərinin sayı 70 milyona çatır

   "Threads" istifadəçilərinin sayı 70 milyona çatır
  08 İyul 2023    Oxunub:1212
"Facebook", "Instagram" və "WhatsApp"ın sahibi Meta-nın "Twitter"ə rəqib olan yeni sosial media platforması "Threads"in bu günədək abunəçi sayı 70 milyona çatıb.
Meta şirkətinin baş icraçı direktoru (CEO) Mark Zukerberq "Threads" hesabından platformaya qoşulan istifadəçilərin sayının gözləniləndən çox olduğunu qeyd edib.

Bildirilib ki, "Threads" istifadəçilərinin sayının sürətlə artması istifadəçilərin "Instagram" hesabları vasitəsilə platformaya daxil ola bilməsi baxımından təsirli olub.

Yeni platformada simvol limiti 500-dür. İstifadəçilər linkləri, fotoşəkilləri və 5 dəqiqəlik videoları paylaşa bilər. "Threads"in iOS və Android üçün 100-dən çox ölkədə yükləmək mümkündür.

AzVision.az


Teqlər:   Meta  





Xəbər lenti