Meksika körfəzində güclü yanğın: Ölən və yaralananlar var

   Meksika körfəzində güclü yanğın:    Ölən və yaralananlar var
  08 İyul 2023    Oxunub:1228
Meksika körfəzində “Pemex” dövlət şirkətinin neft platformasında güclü yanğın baş verib. Hadisə nəticəsində azı iki nəfər ölüb, bir nəfər itkin düşüb.
Bu barədə şirkətin “Twitter” səhifəsində bildirilib.

Məlumata görə, yanğın başlayan zaman “Noxoch Alfa” platformasında işləyən 328 işçidən 321-ə yaxını artıq təxliyə edilib. Yanğınları söndürmək üçün dörd qayıq göndərilib.

Hadisənin səbəbləri araşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti