"Gələn ay Putin Türkiyəyə gələcək" - Ərdoğan

   "Gələn ay Putin Türkiyəyə gələcək" -    Ərdoğan
  08 İyul 2023    Oxunub:1177
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqust ayında Rusiya lideri Vladimir Putinin ölkəsinə səfər edəcəyini deyib.
AzVision.az xəbər verir ki, bunu Ərdoğan İstanbulda keçirdiyi mətbuat konfransında deyib. Ərdoğan Putinlə hərbi əsirlərin mübadiləsi mövzusunu üzbəüz müzakirə edəcəklərini qeyd edib.

Türkiyə prezidenti əlavə edib ki, dövlət başçıları taxıl müqaviləsinin uzadılması məsələsini də müzakirə etmək niyyətindədirlər.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski dünən Türkiyəyə gəlib. Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Ukraynadakı hərbi münaqişəni, taxıl müqaviləsini, Rusiya ilə hərbi əsirlərin mübadiləsini, eləcə də Ukraynanın NATO-ya mümkün üzvlüyünü müzakirə ediblər.

Danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında Ərdoğan bildirib ki, Ukrayna NATO-ya üzv olmağa layiqdir.

AzVision.az


Teqlər:





Xəbər lenti