İranda polis bölməsinə hücum olub: Ölən var

   İranda polis bölməsinə hücum olub:    Ölən var
  08 İyul 2023    Oxunub:1348
Bir neçə silahlı İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin paytaxtı Zahidanda polis məntəqəsinə hücum edib.
AzVision.az xəbər verir ki, bu barədə Tasnim məkumat yayıb. Hücum edənlərin üzərində kamikadze jiletləri olduğu və onlardan ikisinin özünü partlatdığı bildirilir.

Bəzi məlumatlara görə, hücum edənlər polis bölməsinə soxulmağa cəhd edərkən ərazidə silah səsləri eşidilib. Şahidlər bildiriblər ki, terrorçular polis idarəsinin gözətçi qülləsinə çıxıb və yuxarıdan polisə atəş açıblar.

Vağzalın içərisindəki polis qüvvələri və baza xaricindəki təhlükəsizlik qüvvələri gərgin atışma zamanı hücum edənləri mühasirəyə alıb.

Qeyd edək ki, İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan Pakistan və Əfqanıstanla həmsərhəddir.



AzVision.az


Teqlər: İran  





Xəbər lenti