Latviyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

Latviyanın yeni prezidenti vəzifəsinin icrasına başlayıb
  08 İyul 2023    Oxunub:1047
Latviyanın yeni seçilmiş prezidenti Edqars Rinkeviçs dövlət başçısı vəzifəsinin icrasına başlayıb.
AzVision.az xəbər verir ki, Seymin (parlamentin) növbədənkənar sessiyasında o, Latviyaya sədaqət andı içib.

49 yaşlı Rinkevics Latviya Universitetinin Tarix və Fəlsəfə fakültəsini, ABŞ Milli Müdafiə Universitetinin Milli Resurslar Strategiya Kollecini bitirib. Bir neçə il jurnalist işlədikdən sonra dövlət qulluğunda çalışıb. 1995-ci ildən Latviya Xarici İşlər Nazirliyində çalışıb, sonra prezident aparatına, 2011-ci ildə isə Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

AzVision.az


Teqlər: Latviya  





Xəbər lenti