Şahçıraq ziyarətgahına “hücüm” edənlər edam olundular

Şahçıraq ziyarətgahına “hücüm” edənlər edam olundular
  08 İyul 2023    Oxunub:1202
Dünən Şahçırağa "hücum"la bağlı Əfqanıstan vətəndaşları oaln Məhəmməd Ramiz Rəşidi və Nəim Haşim Qətali haqqında edam hökmünün çıxarıldığı ilə bağlı məlumat vermişdik.
AzVision.az İRNA dövlət xəbər agentliyinə istinadən bildirir ki, bu gün səhər saatlarında Məhəmməd Ramiz Rəşidi və Nəim Haşim Qətali Şirazın 9-cu küçəsində ictimaiyyət qarşısında edam edilib. Edam hökmü günəş çıxmazdan əvvəl, Şirazda hücumun baş verdiyi Şahçırağın qarşısında icra olunub.

Bu ilin fevralında Şiraz İnqilab məhkəməsi ötən il noyabrın əvvəllərində Şahçırağa hücumla bağlı Məhəmməd Ramiz Rəşidi və Nəim Haşim Qətalini barədə “açıq edam”a məhkum etmişdi. Bu iş üzrə digər müttəhimlər—Məhəmməd Rəhmani 25 il, Mustafa Cənamani 15 il bir gün, Həmidullah Kabuli isə 5 il həbs cəzasına məhkum olunublar.

Rəsmi qurumların məlumatına görə, İranda son ümummilli etirazlar zamanı Şahçıraq ziyarətgahına silahlı basqın nəticəsində 13 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
AzVision.az


Teqlər: İran   edamlar  





Xəbər lenti