Nigeriya hökuməti banklara İranla bağlı xəbərdarlıq edib
Nigeriya Mərkəzi bankının Maliyyə siyasəti və Tənzimləmə direktoru Çibuzo Afobi xəbərdarlıq bəyanatında FATF qaydalarına uyğun olaraq, maliyyə fəaliyyətləri, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə üzrə xüsusi qrupun adı çəkilən ölkələrlə bank əməliyyatları və istənilən növ əməliyyatların monitorinqini artırdığını bildirib.
Nigeriyanın “Vanguard” qəzetinin yazdığına görə, ölkənin Mərkəzi bankının bəyanatında xatırladılıb ki, iyulun əvvəlində keçirdiyi üç günlük toplantıda FATF İranı beynəlxalq maliyyə hüququ baxımından ticarət etmək riskli sayılan ölkələrin qara siyahısında saxlayıb.
AzVision.az