Ukraynaya raket hücumu olub: 8 ölü 13 yaralı - FOTOLAR

Ukraynaya raket hücumu olub: 8 ölü 13 yaralı    - FOTOLAR
  08 İyul 2023    Oxunub:1134
Rusiya ordusu Ukraynanın işğal altındakı Donetsk vilayətinin Liman şəhərini reaktiv yaylım atəşi sistemlərindən (RYAS) atəşə tutub. Hadisə nəticəsində azı səkkiz nəfər ölüb, 13 nəfər yaralanıb.
Zərbələr özəl sektora olub, evlərə və mağazalara ziyan dəyib.

Bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, polis hadisə yerindədir və tibb işçiləri insanlara lazımi tibbi yardım göstərirlər.

“Rusiya terrorçuları Donetsk vilayətinin dinc əhalisini vurmağa davam edirlər. Biz onların bütün cinayətlərini diqqətlə sənədləşdiririk”, - hərbi vilayət administrasiyasının rəhbəri bildirib.

AzVision.az

Qalereya




Teqlər: Ukrayna  





Xəbər lenti