Almaniyada iğtişaşlarda 20-dən çox polis yaralanıb
“İndiyədək 22 polis əməkdaşı xəsarət alıb, buna həmçinin daşatma səbəb olub”, - polisdən bildiriblər. Eyni zamanda qeyd olunur ki, hüquq-mühafizə orqanları festivalın keçirildiyi yerdə əraziyə basqın etməyə imkan verməyib. Polis açıqlayıb ki, iğtişaşçılar daş və butulka atıb, dalaşıblar, tüstü bombaları yandırıblar, hasarları yıxıblar və polis kordonlarını yarmağa çalışıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları dəyənəklərdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etməyə məcbur olublar.
İndiyədək azı 60 nəfər həbs edilib. Festival zamanı təhlükəsizliyi 1 000-dən çox polis əməkdaşı təmin edib.
Qeyd edək ki, festival artıq bir neçə dəfə Gissendə keçirilib. Bəzi hesablamalara görə, onun iştirakçıları Eritreyanın hazırkı hakimiyyətinin əleyhdarlarıdır. 2012-ci ildə Gissen şəhər şurası magistratdan festivala qarşı tədbir görməsini istəyib. Keçən il tədbir həm də iğtişaşlarla yadda qalıb, 26 ziyarətçi və 7 polis əməkdaşı yaralanıb.
AzVision.az
Teqlər: Almaniya İğtişaşlar